İmişlidə ağır qəza – Yaralılar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə saat 17 radələrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Son Yazılar:

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım heyəti və İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.