Xalq artisti Ağadadaş Ağayevin məlum balta olayından sonra cəmiyyətdə müxtəlif fikirlər yaranıb. Bir qrup insanlar müğənnini,digər qrup insanlar isə mühafizəçini müdafiə edir.
Viral.az xəbər verir ki, sosial şəbəkələrdə böyük izləyici kütləsinə malik yazıçı Kəramət Böyükçöl də məsələyə münasibət bildirib.O,facebook səhifəsində paylaşdığı statusda xalq artisti Ağadadaş Ağayevi sərt tənqid edib.
Həmin statusu olduğu kimi təqdim edirik:
Son Yazılar:
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
- Kim Çen In Rusiyaya səfər edə BİLƏR
- Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imiş
Ağadadaş Ağayevin döyüldüyü videoya baxdım. Demək, videoya arxadan qabağa baxanda adam Ağadadadaşın tərəfində olur. İnsanın o cür döyülməsini, təpiyin altına salınmasını qəbul edə bilmirsən. Ancaq videoya qabaqdan baxanda mühafizəçinin tərəfində olursan. Əlində balta gəlməyindən, o baltanı tolazlamağında bilinir ki, Ağadadaşın beyni xəstədi, düşüncəsi xəstədi, təfəkkürü xəstədi. Harınlayıb. Xalq artistidi deyə özünü imtiyaz sahibi hesab edir. Hirslənmisənsə, adamın üstünə acı bir sözlə gələ bilərsən, lap uzaq başı bir şillə, təpiklə gələ bilərsən. Balta nədi? Canisən, nəsən? Guya Ağadadaş əsəbi olub, hirsli olub deyə mühafizəçi düşünməli idi ki, bu xalq artistidi, baltadı da atıb, yaxşı eləyib. Mühafizəçi də insandı. Siz videoya baxıb qərar verirsiniz, amma o, göylə uça-uça üstünə gələn baltadan yayınıb qərar verib. O da əsəbiləşə bilər. Həyəcanlana bilər. O da özündə olmaya bilər. Əgər bir adam özündə olmayıb mənim üstümə balta atırsa, mən özümdə olmayıb onu təpiyin altına sala bilmərəm? Mən adam deyiləm? Ağadadaş özündən çıxa bilər, mən yox?
Cəmiyyətdə əli baltalı bir canini müdafiə edən insanların olması həqiqətən adamı təəssüfləndirir. Ağadadaşın bundan sonra atacağı addım ondan ibarət olmalıdır ki, o, ən birinci günahı özündə görməlidir. Buna görə cəmiyyətdən üzr istəməlidir. Daha sonra o mühafizəçidən üzr istəməlidir. Döyüldüyünə görə şikayətçi olmadığını bildirməlidir. Və şübhəsiz ki, hər iki tərəfin əməlinə hüquqi qiymət verilməlidir. Yoxsa Ağadadaş Xalq artisidir deyə ona hər hansı güzəştin olunması hüquq adına ləkədir. Sabah o biri Xalq artistlərinin hərəsi əlinə bir balta götürüb düşəcək camaatın canına.