Salyandakı qəzada 4 nəfər yaralandı

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

 

Qəza zamanı xəsarət alanlar – Orxan Dadaşov, Ramil Yolçuyev, Xəyal Dadaşov, Pərvin Həsənov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.