Amerikalı alimlər kərə yağının qanda pis xolesterinin səviyyəsini artırdığını və bununla da şəkərli diabet və insulta səbəb olduğunu açıqlayıblar.
Viral.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Lidiya İonova bu açıqlamaya münasibət bildirib.
Mütəxəssisin sözlərinə görə, problem konkret bir məhsulda deyil, bütövlükdə pəhrizin strukturundadır.
Son Yazılar:
- Azərbaycan elminə AĞIR İTKİ
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Qadağan OLUNACAQ
- Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır
“Amma həqiqətən də kərə yağı faydalı hesab edilmir. Bu, doymuş yağlardan ibarət məhsuldur.
Bitki yağlarının (günəbaxan, zeytun və s.) quruluşu isə fərqlidir: onların tərkibində Omeqa 3 və Omeqa 6 doymamış yağ turşuları olur. Bu cür yağlar bədənimizə fərqli təsir göstərirlər”, – ekspert izah edib.
Bununla belə, o qeyd edib ki, bəzi hallarda, kərə yağını normada istehlak etmək lazımdır: “Məsələn, bu, hamilə qadınlar üçün keçərlidir”.