Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Viral.az xəbər verir ki, verilişin budəfəki sayı musiqiçi Emil Rəhmanoğluna həsr olunub. Mərhum musiqiçi ilə bağlı xatirələrini bölüşən həyat yoldaşı Sabrina Həmzəyeva onun xəstəliyi haqqında danışıb:
“Dedilər ki, ayağı kəsilməlidir, tromb yaranıb. Qışqırdı, bağırdı, “yox, yox” dedi. Üzünə baxdım, dedim, dəlisən? Bir ayaqla səni ataram? Həmişə ona deyirdim ki, bizim o qədər gənc qazilərimiz var. Sən onlardan artıq deyilsən. Yola gətirdim, apardıq, dedilər ki, gecdir”.
Son Yazılar:
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
Skripka ifaçısı, mərhumun dostu Ramin Həsənov ondan ötrü darıxdığını söyləyib: “Emil üçün, onun sənəti üçün darıxacağam. Çünki indi musiqiçi azdır. Bizim Emillə birlikdə “Biləydin kaş” adlı mahnımız var. Orada pianonu və skripkanı mən ifa etmişəm. Bir dənə o mahnımız yadigar qaldı”.