Zaur Baxşəliyev attestatla universitetə qəbul oldu

Əməkdar mədəniyyət işçisi, tanınmış teleaparıcı Zaur Baxşəliyev yenidən tələbə olacaq.

Viral.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Aparıcı “Zenith” Xaricdə Təhsil Mərkəzi ilə universitetə qəbul olunması barədə məlumatı izləyiciləri ilə bölüşüb: “Mən heç bir imtahan vermədən Moskva İdarəetmə Akademiyasının Hüquq fakültəsinə qəbul olundum”. 

Son Yazılar:

Baxşəliyev qeyd edib ki, 1998-ci ildə orta məktəbi əla qiymətlərlə, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini isə qırmızı diplomla bitirib.