İran Ermənistana yarım milyard dollarlıq silah SATACAQ?

Ermənistanın Müdafiə Nazirliyi ölkənin İranla 500 milyon dollar həcmində silah müqaviləsi imzalaması barədə yayılan məlumatları təkzib edib.

Viral.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan danışıb. 

O, “Iran International” portalının yaydığı məlumatı “uydurma” adlandırıb. 

Son Yazılar:

Xatırladaq ki, portal sözügedən müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemlərinin daxil olduğunu bildirib.