Ukrayna BMT Təhlükəsizlik Şurasının toplantısına qatılmaqdan imtina etdi

Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.

Viral.az xəbər verir ki, bu bəyanatı Ukrayna Xarici İşlər Nazirliyi Telegram-kanalı vasitəsi ilə yayıb. “Rusiyanın nə hüquqi, nə də mənəvi cəhətdən Təhlükəsizl Şurasına sədrlik etməyə haqqı yoxdur”, – deyə bəyanatda deyilir.

Qeyd edək ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin qərb silahları ilə təmin edilməsinə etiraz olaraq BMT-nin Təhlükəsiz Şurasının toplantısını çağırıb. 

Son Yazılar: