İstanbulda rəsmi qaydada Azərbaycan məktəbi açılacaq

İstanbulda rəsmi qaydada bir və ya iki Azərbaycan məktəbinin açılması nəzərdə tutulub.

Viral.az xəbər verir ki, bi barədə “report”a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

O deyib ki, hazırda bu istiqamətdə fəaliyyətlər aktivləşdirilib. Bu, hər iki dövlətin təhsil nazirlikləri tərəfindən tanınacaq, dəstəklənəcək və bu təhsil müəssisəsi Türkiyənin dərs proqramlarına uyğunlaşdırılacaq bir sistemlə fəaliyyət göstərəcək.

Son Yazılar:

Ş.Ayrım Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və AK Parti İstanbul millət vəkili olaraq daha çox bu şəhərdə yaşayan Azərbaycan vətəndaşlarının xüsusən də təhsil və yaşamaq icazəsi ilə bağlı problemlərlə əlaqədar ona çox müraciət etdiklərini qeyd edib:

“Biz də zamanla bu soydaşlarımızın problemlərini dilə gətiririk və həlli üçün istər bir millət vəkili olaraq qanuni yollarla dəstək veririk, istərsə də soyadışımız olaraq humanitar şəkildə kömək edirik. Azərbaycan vətəndaşlarının Türkiyədə yaşamaq icazəsinin qanuniləşdirilməsi istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilib və hazırda bu işlər davam edir. O soydaşlarımızın övladlarının, nəvələrinin də İstanbulda qanuni yolla yaşamaq və təhsil alması istiqamətində dəstəklər verdik və veririk. Məsələn, bir neçə Azərbaycan məktəbləri var ki, rəsmi şəkildə olmasa da, fəaliyyət göstərir. Biz də onlara mənəvi dəstək olduq. Amma artıq iki qardaş ölkənin müttəfiqlik münasibətlərinə yaraşan bir şəkildə, rəsmi qaydada İstanbulda Azərbaycan məktəbi fəaliyyət göstərəcək”.

Ş.Ayrım əlavə edib ki,Azərbaycan və Türkiyə vətəndaşları arasında qarşılıqlı gediş-gəlişin daha da sadələşdirilməsi istiqamətində müsbət addımlar atılır:

“Keçən ay Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri Atilla Toros arasında miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalanıb. O sazişdən sonra qarşılıqlı gediş-gəlişin və yaşamanın sadələşdirlməsi istiqamətində müəyyən imtiyazlar əldə olunub. Bizim də Azərbaycan-Türkiyə münasibətlərində “uyumaq yox” prinsipi ilə istər parlamentlərimiz arasında olan əlaqələrdə, istər xalqla münasibətlərimizdə mübarizəmizin nə qədər səmimi olduğunu hər kəs bilir. Azərbaycan-Türkiyə qardaşlığını möhkəmləndirən, hər iki ölkənin xalqına güc verən, birliyə ruhlandıran 44 günlük Qarabağ savaşından sonra “İki dövlət, bir millət” prinsipinə uyğun əlaqələrimiz daha da möhkəmlənib və bu sarsılmaz əlaqəni artıq heç bir qüvvə qıra bilməz”.