Dadı və təravətləndirici xüsusiyyətləri ilə həm salatların, həm də soyuq yay içkilərinin əvəzolunmazı olan nanə sağlamlığa faydaları ilə də diqqət çəkir.
Viral.az “medicina”ya istinadən xəbər verir ki, nanə yuxusuzluqdan əziyyət çəkənlər üçün həll yolu ola bilər.
– Bu göyərti polifenollar, flavonoidlər və antioksidantlar ehtiva edir. Antioksidantlar hüceyrələri zərər verən sərbəst radikallardan qoruyur. Tədqiqatlar hətta nanənin xərçəng əleyhinə fəaliyyət göstərdiyini sübut edib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
– Nanə, həmçinin bədəndəki iltihabı azaltmağa kömək edərək immunitet sistemini gücləndirir.
– Nanənin diş pastası və ağız qarqarasından tutmuş saysız-hesabsız ağız baxımı məhsullarına daxil edilməsinin çox yaxşı səbəbi var. Çünki nanə antibakterial, antifungal xüsusiyyətlərinə malikdir.
– Tədqiqatlar nanənin bioaktiv birləşmə tərkibinə görə beyin sağlamlığına və yuxusuzluqla mübarizəyə müsbət təsir göstərdiyini üzə çıxarıb.
– 2018-ci ildə aparılan bir araşdırma nanənin koqnitiv funksiyanı yaxşılaşdırdığını və zehni yorğunluğu azaltdığını aşkarlayıb.
– 2021-ci ildə universitet tələbələrinin iştirakı ilə baş tutan araşdırma isə göstərdi ki, nanə yaddaş və yuxu keyfiyyətini yaxşılaşdırarkən stress və narahatlıq əlamətlərini azaldır.
– Sonsuz faydaları olan nanə bağırsaq sağlamlığını da tənzimləyir. Bu göyərti qaz və şişkinlikdən, qəbizlik və ishala qədər hər cür bağırsaq problemlərini aradan qaldırır.
– Ürək xəstəlikləri və diabet kimi xroniki xəstəliklərin qarşısını ala bilir.
Bəs nanənin bütün faydalarından yararlanmaq üçün gündəlik nə qədər istehlak etməliyik?
Nanə gündəlik olaraq təhlükəsiz şəkildə istehlak edilə bilər. Nanə çayı dəmləyə, onu salat və ya smuzilərə əlavə edə bilərsiniz.