“Barselona”nın yeni baş məşqçisi ilə bağlı müəmma

“Barselona”, klubun yeni baş məşqçisi Hans-Diter Flik və onun heyətini açıqlaya bilməz.

Viral.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, problemlər odur ki, mütəxəssis və onun komandası qeydiyyatdan keçmək üçün klub vəsait qazanmalıdır.

Son Yazılar:

Xatırladaq ki, mayın 29-da “Barselona” rəsmi olaraq Fliki baş məşqçi kimi təqdim etdi. Klub məşqçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

10 sentyabr 2023-cü ildə Hans-Diter Flik Almaniya millisinin baş məşqçisi vəzifəsindən qovulub. Flik 2020-ci ildə trebl əldə etdiyi “Bayern Münhen”də uğurlu çıxışından sonra 2021-ci ildə Almaniyaya rəhbərlik edir. Onun rəhbərliyi altında almanlar Qətərdə keçirilən dünya çempionatında uğursuz çıxış edərək turnirin qrup mərhələsini adlaya bilməyiblər.

Qeyd edək ki, 2024-cü ildə “Real Madrid” vaxtından əvvəl İspaniya çempionu oldu. “Barselona” ikinci, “Jirona” isə turniri üçüncü yerdə başa vurub.

Flikdən əvvəl Kataloniya komandasını Xavi çalışdırırdı. Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında “Barselona” doğma meydanda “Vilyarreal”a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda katalon klubunun baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Daha sonra mütəxəssis fikrini dəyişərək qalmaq istəsə də, mövsümün sonunda klub rəhbərliyi hər halda onu qovub.

(redaktor.az)