Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.
Viral.az AZAL-a istinadən xəbər verir ki, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
Son Yazılar:
- Kifayət Gəncəli vəfat edib – FOTO
- İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artdı
- Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola DÜŞDÜ
Bu ilin I yarısında AZAL-ın sərnişinlərinin sayında illik müqayisədə beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.