Efiopiya Federativ Demokratik Respublikasının Xalq Nümayəndələr Palatası ölkənin cənubundakı Geze Qofa bölgəsində baş verən sürüşmə nəticəsində həlak olanlar üçün üç günlük milli matəm elan edib.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Efiopiyanın Fana radiostansiyası məlumat yayıb.
İyulun 22-də baş vermiş sürüşmə Efiopiya tarixindəki ən ölümcül sürüşmələrdən biri olub. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, ölənlərin sayı artıq 257 nəfərə çatıb və 500-ə çata bilər, evakuasiya isə bölgənin 15 mindən çox sakinini əhatə edə bilər.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Efiopiya hazırda iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilən yağışlı mövsümün ortasındadır. Şərqi Afrika ölkəsinin bəzi yerlərində davamlı yağışlar bəzən sürüşmələrə səbəb olur.
(redaktor.az)