İyulun 27-si saat 9:00-a olan məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.
Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Son Yazılar:
- Acun bu tarixdə hakim qarşısına ÇIXACAQ
- Valerian bu hallarda zərərlidir – Həkim
- Bu gün Yel çərşənbəsidir
Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 mm, Qrız, Gədəbəydə 11 mm, Daşkəsən, Şahdağda 9 mm, Bərdə, Qusar, Şəkidə 7 mm, Quba, Tovuz, Mingəçevirdə 6 mm, Oğuz, Ceyrançöl, Yevlax, Qəbələ, Göygöl, Ağdam, Xaltan, Altıağac, Şabran, İsmayıllı, Ağstafa, Naftalan, Gəncə, Şəmkir, İmişli, Naxçıvanda 5 mm-dək olub.
Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Qusar, Qrızda duman müşahidə olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti olub.