-->

Samuxda narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

1717131496 de85cda6 4ee0 3ecc 907a e65a79e4f423

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Lada” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

 

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Son Yazılar:

 

Məlumata görə, sürücü M.Abdullayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

 

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü barəsində inzibati protokol tərtib edilib.