Mask Paris-2024-ü tənqid etdi

Paris Olimpiadasının açılış mərasimi xristianlara qarşı son dərəcə hörmətsizlik idi.

Viral.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask X hesabında mərasim iştirakçılarının Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinə parodiya etdikləri videoya münasibət bildirərkən yazıb.

“Ümumiyyətlə, Parisdəki Olimpiya Oyunlarının açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb: Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asılıb, stadionun diktorları KXDR nümayəndələrini Cənubi Koreyadan olan idmançılar kimi elan ediblər. Bundan başqa, tamaşaçılar olduqları yerlərdən keçidin baş tutacağı yeri yaxşı görə bilmədiklərinə görə hələ mərasim başlamamış tribunaları tərk etməyə başlayıblar. Qalanlar isə mərasimi üstü açıq tribunada leysan yağış altında seyr etməli olublar”, – Mask yazıb.

Son Yazılar: