Türkiyədə terror ƏMƏLİYYATI

İstanbulda PKK terror təşkilatının fəaliyyətinin aşkara çıxarılması və qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Viral.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Təhlükəsizlik Baş İdarəsinin terrorla mübarizə və kəşfiyyat şöbələri tərəfindən şəhərin yeddi rayonunda keçirilən əməliyyat zamanı PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Əməliyyat zamanı terror təşkilatına aid rəqəmsal materiallar ələ keçirilib.