İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb.
Viral.az xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Son Yazılar:
- İran İrəvanda ilk və ən böyük xarici ticarət mərkəzini AÇIR
- Bu bürclər çox pul qazanacaq – Siyahı
- İlham Əliyev Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.
Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.