Başına bit düşən uşaq o dərmandan istifadə edib öldü – FOTO

Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.

Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, 7 yaşlı uşağın başına bit düşüb. 

Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son Yazılar:

Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.