Xankəndi addım-addım bərpa olunur və tezliklə Azərbaycanın ən böyük tələbə şəhərlərindən birinə çevriləcək.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalının Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ regionundan xüsusi reportajında deyilir.
Jurnalist Sare Selvi Öztürk uzun onilliklər erməni separatçılarının nəzarətində olmuş şəhərin bərpası üzrə genişmiqyaslı işlərə diqqət çəkir.
Son Yazılar:
- Dünyanın ən yaşlı futbolçusu vəfat etdi
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
Reportajda qeyd edilir ki, işğal dövründə separatçı rejim tərəfindən istifadə edilən binalar Azərbaycan hökumətinin qərarına əsasən sökülür. Misal olaraq, bu yaxınlarda separatçıların “parlament” binasının yerləşdiyi yer nümayiş etdirilir.
“Bu gün Xankəndi bərpa və rekonstruksiya üzrə böyük meydançadır. Şəhərdə mehmanxanalar, kafelər, restoranlar və mağazalar açılır, sosial infrastruktur fəal şəkildə müasirləşdirilir. Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır”, – deyə türkiyəli jurnalist bildirir.
Öztürk qeyd edir ki, zamanla Xankəndi Azərbaycanın böyük tələbə şəhərinə çevriləcək. “İşğaldan azad olunmuş Xankəndinin ilk sakinləri Qarabağ universitetinin müəllimləri və tələbələri olacaq. Tədris prosesinə fəal hazırlıq davam etdirilir”, – deyə jurnalist ali məktəb binasının fonunda vurğulayır.