FİFA bu millini cəzalandırdı

Beynəlxalq Futbol Federasiyasının (FIFA) nizam-intizam komitəsi təşkilatın intizam kodeksini pozduğuna görə Kanadanın qadınlardan ibarət yığmasını Parisdə keçirilən Olimpiya turnirində 6 xaldan məhrum edib.

 

Viral.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

Bundan əvvəl Yeni Zelandiya Olimpiya Komitəsi komandanın Sent-Etyen şəhərindəki məşq bazası üzərində dronların müşahidə edilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin dürüstlük departamentinə rəsmi olaraq şikayət edib və Kanadanın bu hərəkətinin tam araşdırmasını tələb edib.

 

İlk turda Kanada yığması Yeni Zelandiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. FIFA-nın qərarından sonra kanadalılar sonuncu pilləyə düşüb və 3 xalı var. İkinci turda Kanada yığması iyulun 28-də fransızlarla qarşılaşacaq.

 

Həmçinin Kanada Assosiasiyası cərimələnib, baş məşqçi, köməkçi məşqçi və milli komandanın analitiki bir il müddətinə futboldan uzaqlaşdırılıb.