“2023-2024-cü tədris ili üzrə ölkəmizin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə əsasən birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur”.
Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent-12” jurnalında qeyd olunub.
Bildirilib ki, fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlillərindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq, Cəbrayıl, Ağdaş, Salyan, Beyləqan, Qubadlı, Qəbələ, Tovuz, Kəlbəcər, Siyəzən, Bərdə, İsmayıllı, Culfa, Oğuz, Astara, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, Ağcabədi, İmişli, Neftçala Ağstafa, Kürdəmir, Babək və Şəruru göstərmək olar. // Valyuta.az
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI