Senadakı çirkli su səbəbindən üzgüçülük məşqləri ləğv edildi

Parisdə 2024-cü il Olimpiadasında triatlonçuların Sena çayında üzgüçülük məşqləri ləğv edilib.

Viral.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, çayda suyun çirkli olması səbəbindən üzmək mümkün olmayacaq:

Son Yazılar:

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları su şəraiti kifayət qədər təminat vermədiyi üçün triatlonun təqdimat tədbirinin bir hissəsini ləğv etmək qərarına gəliblər”.

Eyni zamanda, təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmin olduqlarını bildiriblər.