Qazaxıstanın Şimkənd şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində 28 May – Müstəqillik Günü münasibətilə açıq dərs keçirilib.
Viral.az xəbər verir ki, müstəqillik tarixindən söz açan Mərkəzin müəllimi Gülnarə Əliyeva o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, şagirdlərə xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirib.
Son Yazılar:
- Ən ürəksiz BÜRCLƏRİN reytinqi
- Livanda BMT-nin 4 sülhməramlısı YARALANDI
- Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs OLUNDU
Açıq dərsdə iştirak edən diaspor rəhbəri Natiq İbrahimov 28 May tarixinin Azərbaycanın ən mühüm günlərindən biri olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyini, qüdrətləndiyini şagirdlərin diqqətinə çatdırıb.