Qazaxda narkotik yetişdirən şəxs SAXLANILDI

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayon sakini Elviz Salmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, E. Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.

Son Yazılar:

Faktla bağlı araşdırmalar davam etdirilir.