Prezidentin işdən çıxardığı icra başçısı KİMDİR? – DOSYE

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad edilib.

Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Alxasov Şair 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

Son Yazılar:

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.