Elm və təhsil naziri Emin Əmrullayev 23 avqust tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak edə bilərlər.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Adları çəkilən rayonların sakinləri 15 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.