Şahzadə Diananın məktubları hərraca ÇIXARILACAQ

Şahzadə Diananın keçmiş xadiməsi Violet Kollisona ünvanladığı əlyazma məktubları və açıqcalardan bir neçəsi “Sworder’s” auksionunda hərraca çıxarılacaq.

Viral.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Diananın “Kolli” ləqəbi ilə çağırdığı Kollison şahzadənin anasının Sandrinhem malikanəsindəki “Park House”dakı ailə evində baş xadimə vəzifəsində çalışırdı. Hərrac kolleksiyasına Kollisonun Diananın 1981-ci ildə Kral III Çarlzla toyuna dəvət kartı və şahzadənin 1981-1994-cü illər arasında göndərdiyi Milad təbrikləri daxildir. Diana ilə Çarlzın 1981-ci ildə toy portretini əks etdirən bayram kartında “Milad və Yeni il münasibətilə ən xoş arzular” sözləri var. Şahzadə bu qeydi belə imzalayıb: “Dianadan sevgi ilə”.

Son Yazılar:

1996-cı ildə Çarlzdan boşandıqdan sonra Diananın Milad kartlarında yalnız oğulları şahzadə Uilyam və şahzadə Harri ilə çəkdirdiyi fotoşəkillər var idi. Sonuncu bayram təbrikində yazılıb: “Sizin Milad bayramınız və Yeni iliniz mübarək olsun. 1994” – “Dianadan sevgilərlə”.

Məktubların qiyməti 200 funt-sterlinqdən 1200 funt-sterlinqə (257 dollardan 1543 dollara) qədər dəyişir.