Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb.
Bu barədə Viral.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.
Son Yazılar:
- 30-dan çox turistin olduğu yaxta batdı
- Azərbaycan və İran xüsusi təyinatlıları “Araz – 2024” birgə taktiki təlimi keçirir
- Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir?
Qeyd edək ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur.