Avtobuslar toqquşdu, xəsarət alanlar VAR

Bakıda avtobus qəzası baş verib.

Viral.az xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Son Yazılar:

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindənverilən məlumata görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Müzəffər Nərimanov və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsi, Ziya Bünyadov prospekti istiqamətində baş verib. (apa)