Rusiya Federasiyası Adıgey Respublikasında vətənə xəyanətdə təqsirli bilinən 19 yaşlı Kevin Lik Arxangelsk vilayətindəki IK-14 cəza koloniyasından yoxa çıxıb.
Viral.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hərbi hissənin fotoşəkillərini “xarici dövlətin nümayəndəsinə” göndərdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Son Yazılar:
- Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
- “Arsenal” klubunun sabiq futbolçusuna bıçaqla hücum EDİLDİ
- Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatdı
Likin anası ona koloniyaya yemək göndərməyə çalışıb, lakin Federal Penitensiar Xidmətdən Kevinin koloniyada olmadığına dair cavab alıb. Onun hazırda harada olduğu məlum deyil.
Həmçinin Rusiyanın müxalif siyasətçisi İlya Yaşin Smolensk vilayətindəki 3 saylı islah koloniyasından yoxa çıxıb.
***
03.04.2024 / 16:38
Rusiya Federasiyasının məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 18 yaşlı məktəblinin cəzasını təsdiqləyib.
Viral.az xəbər verir ki, məlumatı “Novaya qazeta”ya məktəblinin anası Viktoriya Lik verib.
Ümumi yurisdiksiyanın 3-cü Apellyasiya Məhkəməsi RF Adıgeya Respublikasının paytaxtı Maykop sakini Kevin Likin dövlətə xəyanət işi üzrə çıxarılan hökmü qanuni sayıb.
2023-cü ilin dekabrında Adıgey Ali Məhkəməsi Liki 4 il həbs cəzasına məhkum edib. Bu, dövlətə xəyanətlə bağlı maddədə nəzərdə tutulan minimum müddətin üçdə biri qədərdir. Təqsirləndirilən şəxsin yaş həddi, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xüsusiyyətləri nəzərə alınaraq cəza yüngülləşdirilib.
Müstəntiqlərin fikrincə, Kevin Maykopdakı hərbi hissələrin fotolarını çəkib və kadrları “xarici dövlətin nümayəndəsinə” göndərib. Gəncin davranışı Rusiya Federasiyasının “siyasi kursu ilə razılaşmaması” ilə izah edilib.
Bu, Rusiya Federasiyasında məktəblinin dövlətə xəyanətdə mühakimə olunması ilə bağlı ilk hadisədir.
Viral.az/articles/2024/04/03/1712148227_5919c0c21c5a438e8b0273b5cc6fb340.jpeg”/>