Şair Elman Tovuz dünyasını dəyişib.
Viral.az xəbər verir ki, bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi.
Son Yazılar:
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin ETDİ
- Bakıda NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi.
Şair “Hara gedir bu yol belə?..”, “Dünya, məni mənə qaytar”, “Dəlir ürəyimi demədiklərim” adlı üç kitabın müəllifidir.
Allah rəhmət eləsin.