Mahmud Abbas Türkiyənin təklifini qəbul etməyib

Fələstin Prezidenti Mahmud Abbas Türkiyə hakimiyyətinin Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxış etmək təklifini qəbul etməyib.

 

Viral.az xəbər verir ki, Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun imzaladığı Fələstin liderinə rəsmi dəvətin mətni çərşənbə axşamı Türkiyənin “Yeni Şafak” nəşrində dərc olunub.

Son Yazılar:

 

“Sizi Türkiyə parlamentində Fələstin xalqının hüquqları və mübarizəsi mövzusunda çıxış etməyə dəvət edirik. Fələstinin səsini dünya ictimaiyyətinə çatdırmaq üçün tarixi fürsətiniz olacaq”, – deyə Ankaradan Ramallaha göndərilən dəvətdə qeyd olunub.

 

Nəşr vurğulayır ki, Mahmud Abbasın çıxışı zamanı HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də TBMM-in binasında olmalı idi və bu, Fələstində tərəflər arasında dialoq prosesinə töhfə olardı.

 

Eyni zamanda, Fələstin nümayəndələrinin iştirakı ilə parlament iclasının keçirilməsi İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı ilə eyni günə planlaşdırılırdı.

 

Lakin Fələstin Prezidenti sonda “sağlamlıqla bağlı problemləri” bəhanə edərək Ankaranın rəsmi dəvətini qəbul etməyib.

 

Bu arada, hakim Ədalət və İnkişaf Partiyasının Türkiyədəki nümayəndəsi Ömer Çelik Mahmud Abbasın Ankaraya dəvət edilməsi ideyasının şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana məxsus olduğunu bildirib.