İki xalqın münaqişəni bitirməsi ABŞ-nin də marağındadır

“ABŞ hər zaman geniş mənada Xəzər regionunda, o cümlədən Cənubi Qafqazda stabilliyin və mehriban qonşuluğun təbliğ olunmasında vacib rol oynayıb.

 

Viral.az-ın məlumatına görə, bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, rəsmi Bakı ABŞ-nin Azərbaycanın siyası müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.

Son Yazılar:

 

“Bizim müxtəlif sahələrdə 30 ildən çox davam edən intensiv əməkdaşlığımız mövcuddur. Ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli və məhsuldar əməkdaşlıq var. Həmçinin biz böyük regional və beynəlxalq çağırışlara cavab vermək üçün birlikdə işləmişik. Azərbaycan əsgərləri Əfqanıstan, Kosovo və İraq kimi qaynar nöqtələrdə amerikalı hərbçilərlə çiyin-çiyinə döyüşüb və biz Kabil Hava Limanını ən son tərk edənlərdənik”, – deyə Elçin Əmirbəyov əlavə edib.

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, regionda iki xalqın münaqişə və rəqabəti bitirməsi, bölgədə rifah, stabillik və inkişaf naminə yeni dövrün başlatması Ermənistanla da çox yaxşı əlaqələrə malik olan ABŞ-nin də marağındadır: “Biz ABŞ-nin prosesin daha da irəliləməsini asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir edirik. Düşünürəm ki, belə təlatümlü zamanda dünyada sülh üçün yaxşı imkanın olduğu və məsələnin müsbət həllinin baş verəcəyi ən azı bir nöqtə tapmaq sevindirici haldır”.