HƏMAS lideri Tehranda ÖLDÜRÜLDÜ

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

 

Viral.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Son Yazılar:

 

Məlumata görə, Haniyə və daha bir nəfər iqamətgahın atəşə tutulması nəticəsində ölüb.

 

Məlumatı HƏMAS-ın özü də təsdiqləyib. Hərəkatın teleqram kanalında bildirilb ki, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Haniyə İsrailin hücumuna məruz qalıb.

 

İsrail tərəfi hücumla bağlı heç bir məlumat verməyib.

 

Qeyd edək ki, Pezeşkianın andiçmə mərasimi ötən gün keçirilib.