Naxçıvan Muxtar Respublikasında iki yeni nazir təyin edilib.
Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.
Son Yazılar:
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. O, buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Digər qərarla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib.