Ötən gecə İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşıb.
Viral.az-ın məlumatına görə, matçın əsas vaxtı 2:2 hesabı ilə məhsuldar heç-heçə ilə yekunlaşıb. Hesabda iki dəfə önə keçən kataloniyalıların qollarını Viktor Pau və Pablo Torre vurub. İngilislərin heyətində isə Niko Orayli və Cek Qriliş fərqləniblər.
Qalibi müəyyənləşdirmək üçün penalti seriyası yerinə yetirilib. Bu seriyada katalonlar ingilisləri 4:1 hesabı ilə məğlub ediblər.