Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı paylaşım edib.
Viral.az-ın məlumatına görə, nazir özünün “X” hesabında Haniyəni şəhid adlandırıb.
“Dəyərli qardaşım İsmayıl Haniyənin İranda şəhid olduğunu dərin hüznlə öyrəndim. O, həyatını Fələstin məsələsinə, Fələstinə sülh və əmin-amanlıq gətirməyə həsr edib. Biz onun son dövrdə atəşkəsə nail olmaq üçün göstərdiyi səylərin şahidiyik. Ailə üzvləri İsrail tərəfindən qətlə yetiriləndə belə, o, sülhə olan inamını heç vaxt itirməyib. İsmayıl Haniyə şanlı Fələstin müqavimətinin simvoluna çevrilmiş bir şəxsiyyət idi. Onun sevimli xatirəsi Fələstin xalqının haqq işində yaşayacaqdır. Qəbri nurla dolsun”, – deyə Hakan Fidan yazıb.
Son Yazılar:
- Bələdiyyə seçkilərinin vaxtı AÇIQLANDI
- “Verilişdən sonra ürəyim getdi yıxıldım”
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək: Prezident təsdiq ETDİ
(redaktor.az)