Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm

“Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir”.

Viral.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bağlı “X” hesabında paylaşımında bildirib.

“Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”, – deyə İran Prezidenti bildirib.

Son Yazılar:

Xatırladaq ki, bu gün səhər tezdən HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb. O, Tehrana Məsud Pezeşkianın inauqrasiya mərasimində iştirak etmək üçün gəlmişdi.

(redaktor.az)