Tikintisinə 2025-ci ildə başlanması planlaşdırılan Kanevskaya nasos elektrik stansiyası Ukraynada Rusiyanın raket hücumları üçün əlçatmaz ilk belə qurğu olacaq.
Viral.az xəbər verir ki, bunu Ukrayna mediasına müsahibəsində “Ukrhidroenergo”nun baş direktoru İqor Sirota deyib.
Son Yazılar:
- Azərbaycanda professor vəfat ETDİ
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Qadağan OLUNACAQ
- Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır
Onun sözlərinə görə, stansiya Cənubi Koreyada enerji obyektlərinin yaradılması nümunəsi ilə “beton altında” gizlənəcək. Tikinti layihəsində “Ukrhidroenergo” xarici investorlar, Kanada hökuməti, AYİB və Dünya Bankı ilə işləyir. Gözlənilən tikinti dəyəri 1,5-2 milyard dollardır.
3600 MVt gücündə Kanevskaya nasos elektrik stansiyasının tikintisinə ilk cəhd hələ 1980-ci illərdə edilib, lakin o vaxtdan bəri layihə dəfələrlə dayandırılıb və dəyişdirilib. Yeni layihə 1000 MVt gücündə stansiyanın tikintisini nəzərdə tutur.