Qusar rayonunda fəaliyyət göstərən “Qala” hotelində həyat yoldaşı tərəfindən döyülən 39 yaşlı qadın xəsarət alıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, bir neçə gün öncə Qusar rayonunda yerləşən “Qala” hotelinə istirahətə gedən 1985-ci il təvəllüdlü Ş.B. əri tərəfindən döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Son Yazılar:
- İnsan bu yolla özünü və ətraf mühiti qoruyur: Piyada gəzməyin faydaları
- Səidə onun adını eşidib efirə gəlməkdən imtina edib
- “İnsanyuyan maşınlar” bu tarixdə təqdim olunacaq
Qeyd edək ki, hadisəni Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qurumunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib. Qurumdan bildirilib ki, bu barədə Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub və hazırda təhqiqat bölməsində araşdırma aparılır.