Ermənistanda hakim Mülki Müqavilə Partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi haqqında qanun layihəsi hazırlayır.
Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu iqtidarı təmsil edən deputat Tsovinar Vardanyan parlamentdə deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə iş artıq aparılır”, – o bildirib.
“Kilsə vergilərə tabedir, ancaq təhlükənin nə olduğunu anlamaq lazımdır”, – deputat söyləyib.
Qeyd olunub ki, kilsə işçiləri gəlir vergisi ödəyə bilər və bu, yaxşıdır, amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı – pərakəndə, ictimai, sənaye sahələri, yaşayış binalarını araşdırırlar.