Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna-Şimali Avropa sammiti üçün İsveçin paytaxtı Stokholma səfər edib.
Viral.az BBC-yə istinadən xəbər verir ki, Zelenski artıq üçüncü Ukrayna-Şimali Avropa sammitində iştirak etdiyi Stokholmdadır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Ukrayna prezidenti bildirib ki, o, artıq İsveçin baş naziri Ulf Kristersson, Finlandiya prezidenti Aleksandr Stubb, Danimarkanın baş naziri Mette Frederiksen, həmçinin İslandiya hökumətinin başçısı Byarni Benediktsson ilə görüşlər keçirib.
O əlavə edib ki, üç dövlətlə ikitərəfli təhlükəsizlik müqavilələri imzalamağı planlaşdırır. Zelenski sammitin gündəliyi ilə bağlı yazıb:
“Bizim əsas prioritetlərimiz: Ukrayna üçün hava hücumundan müdafiə – daha çox sistem, birgə müdafiə istehsalı və əsgərlərimizi silahlarla təmin etməli, həmçinin Rusiyanı sülhə məcbur etmək üçün qlobal işimiz olmalıdır”.