“Sabah” növbəti mərhələdə

Bu gün Azərbaycan təmsilçisi “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununa çıxıb.

 

Viral.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın əsas vaxtı 2:5 hesabı ilə başa çatıb. İlk oyunda “Sabah” 3:0 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Burada da komandalar hərəyə 1 dəfə fərqləniblər. Ona görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada “Sabah” “Makkabi”ni 3:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Son Yazılar:

 

“Sabah” 3-cü mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.