“Nəzərə alsaq ki, 30 il işğalla üz-üzə qalmışıq, buna görə müdafiəyə daha çox vəasit ayrılmalıdır”.
Viral.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirən millət vəkilo Arzuxan Əlizadə deyib.
“Zamanında az nəvaciblə pensiyaya çıxan müəllim və həkimlər var. Onlar çox az təqaüd alırlar. İstərdik ki, onların təqaüdü artırılsın. 2019-cu ildən bəri veteranlara 80 manat verilir. Biz artıq müstəqil güclü dövlətik. 5 il öncəki 80 manatla indiki 80 manat eyni deyil. Ona görə artırılması məqsədəuyğundur”, – deyə millət vəkili təklif edib. // redaktor.az