Astara rayonun Rudəkəran kəndində cinsi tam məlum olmayan vəhşi heyvan kənd sakininə hücum edib.
Viral.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə kənd sakini, 1976-cı il təvəllüdlü Gündüz Abdullayevin həyətində baş verib.
Belə ki, itin hürməsini eşidən Gündüz çölə çıxanda əvvəlcə elə bilib ki, hansısa digər kənd iti onun itinə hücum edib. Hadisə yerinə yaxınlaşanda isə naməlum heyvan ovunu buraxıb onun üzərinə atılıb. Hündür və güclü heyvanın hücumundan əvvəlcə özünü itirib zədələr alan Gündüz son anda müqavimət göstərməyi bacarıb.
Son Yazılar:
- Bazarlarda bu məhsul kəskin ucuzlaşdı, alıcı yoxdur – VİDEO
- Milli Məclisdə yeni təyinat – FOTO
- Azərbaycanda zəlzələ oldu
Hücuma məruz qalan şəxs heyvanın çənəsini əlləri ilə aralı saxlayaraq onu parçalanmasına imkan verməyib. Həmin heyvan Gündüzü bir neçə metr sürüyüb aparmağa çalışıb.
Yalnız Gündüzün həyat yoldaşı bıçaqla hadisə yerinə yaxınlaşdıqdan sonra heyvan qaçıb.
Hadisə nəticəsində müxtəlif xəsarətlər alan kənd sakini qonşuların köməyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir çox kənd sakinlərinin fikrinə görə bu vəhşi heyvan kaftar cinsinə mənsubdur, lakin kifayət qədər hündür və güclüdür.
İlk dəfədir ki, bu heyvan kəndin içərisinə qədər daxil olur.
Astara rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinin şöbə müdiri Turxan Oqtayzadə hücuma məruz qalan şəxsin bölməyə daxil olduqdan sonra yarasının təmizləndiyini və xəstəyə bir neçə tikiş qoyulduğunu bildirib.
Eyni zamanda ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda xəstənin müalicəsi ambator şəkildə evdə davam etdirilir.
Kənd sakinləri bu hadisədən sonra uşaqların nəzarətsiz qalmamasına çalışdıqlarını bildirərək, kəndi hələ də qorxu altında saxlayan naməlum heyvanın məhv edilməsi üçün müvafiq qrumların müdaxilə etməsini xahiş edirlər.