Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Viral.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.
Xatırladaq ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.