BMT humanitar böhranla bağlı xəbərdarlıq ETDİ

Sudanda müharibənin doğurduğu humanitar böhran tezliklə bütün regiona yayıla bilər.

Viral.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

“Müharibə başlayandan 10 milyon nəfərin məcburi köçü və elementar xidmətlərin yoxluğu nəticəsində humanitar böhran hər gün dərinləşir və tezliklə bütün regionu əhatə edə bilər”, – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının koordinatoru Mamadu Dian Balde xəbərdarlıq edib.

Son Yazılar:

O qeyd edib ki, silahlı toqquşmalar ilin əvvəlindən minlərlə insanın ölümünə səbəb olub. Fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.