Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.
Viral.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur”, – məlumatda vurğulanıb.