Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığa və S-400 zenit-raket kompleksinə hücum edib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son Yazılar:
- Cüdoçularımız Avropa Kubokunda 4 medal QAZANDI
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
- Məşhur sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
Bildirilib ki, avqustun 2-də Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının bölmələri Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə əməkdaşlıq edərək “Triumf” hava hücumundan müdafiə sisteminin 4 buraxılış qurğusuna zərər vurub.
Bundan əlavə, ukraynalı əsgərlərin Sevastopol limanına hücumu nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Rostov-na-Don” sualtı qayığı vurulub.
B-237 “Rostov-na-Don” sualtı qayığı kalibrli raketləri vura bilən dörd “Kilo” sinif sualtı qayıqdan biridir. “Rostov-na-Don” 2014-cü il dekabrın 26-da istifadəyə verilib.